Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Nardaran sakini saxlanılıb (FOTO)


Digərləri 15 Noy 2017 15:19:00 217 0

Narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Nardaran sakini saxlanılıb (FOTO)

Nardaran qəsəbə sakini narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Nardaran qəsəbə sakini narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən trend-ə verilən məlumata görə, 42-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında noyabrın 14-də Nardaran qəsəbəsinin Ləhiş bağlar massivində Mərdan Əliyevin yaşadığı həyətyanı sahəyə baxış keçiriblər. Bu zaman oradakı yardımçı otaqdan xüsusi kultivasiya olunmuş, ümumi çəkisi 18 kiloqrama yaxın olan 85 ədəd çətənə kolları, 285 ədəd çətənə toxumu və 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.