Almaniyada qatar kaban sürüsü ilə toqquşdu


Digərləri 15 Noy 2017 15:20:08 178 0

Almaniyada qatar kaban sürüsü ilə toqquşdu

Almaniyada ICE yüksəksürət qatarı dəmiryolu xəttini keçən kaban sürüsü ilə toqquşub.

Almaniyada ICE yüksəksürət qatarı dəmiryolu xəttini keçən kaban sürüsü ilə toqquşub. Trend-in məlumatına görə, qəza barədə Berlin və Brandenburq Federal Polisi məlumat yayıb. Məlumata görə, toqquşma güclü olduğundan qatar hərəkətini davam etdirə bilməyib. Qatardakı 400 sərnişin başqa qatarla təyinat məntəqəsinə yola salınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.