Prezident İlham Əliyev sloveniyalı həmkarını təbrik edib


Digərləri 15 Noy 2017 15:22:00 170 0

Prezident İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Borut Pahora təbrik məktubu göndərib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Borut Pahora təbrik məktubu göndərib. Təbrikdə eyilir: "Hörmətli cənab Prezident, Sloveniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin