Polis rəisi Şahdağ Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin rəisini işdən çıxartdırıb


Sosial 15 Noy 2017 15:01:00 333 0

Polis rəisi Şahdağ Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin rəisini işdən çıxartdırıb

Nazir əmr imzalayıb

Şahdağ Qış-Yay Turizm Kompleksinin Təhlükəsizlik Xidmətinin rəisi Eldəniz Əliyev işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.

“Report” xəbər verir ki, onun barəsində Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsində Turizm Kompleksində istirahət edən turistlərdən çoxsaylı şikayətlər, habelə E.Əliyevin müəyyən arzuolunmaz dairələrlə əlaqəsi olması barədə məlumatlar toplanıb. Materiallar Mədəniyyət və Turizm Nazirliyinə göndərilib.

Bundan sonra nazir Əbülfəs Qarayevin əmri ilə E.Əliyev vəzifəsindən azad olunub.

Qeyd edək ki, bundan əvvəl E.Əliyevlə Şahdağ Polis Bölməsinin rəisi, polis mayoru Səbuhi Rüstəmov arasında bir neçə dəfə mübahisə yaranıb. Buna səbəb E.Əliyevin istirahət kompleksində baş verən xırda cinayət və inzibati pozuntu xarakterli hadisələrin polisdən gizlətməsi olub.