Əcnəbilərin inzibati qanunvericiliyi pozması ilə bağlı 1603 qərar qəbul edilidi


Digərləri 15 Noy 2017 14:50:00 239 0

Əcnəbilərin inzibati qanunvericiliyi pozması ilə bağlı 1603 qərar qəbul edilidi

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 1603 qərar qəbul ediliib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilir ki, oktyabr ayı ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 1603 qərar qəbul edilib.

Onlardan 242-si ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 794-ü ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 488-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 60-ı Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 19-u müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.