Bakıda qəzada yaralanmış xəstəni aparan təcili tibbi yardım maşını qəza törətdi


Digərləri 15 Noy 2017 14:30:24 251 0

Bakıda qəzada yaralanmış xəstəni aparan təcili tibbi yardım maşını qəza törətdi

Bakıda təcili tibbi yardım maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsi, 8 saylı orta məktəbin yaxınlığında qeyd alınıb.

Məlumata görə, "Chevrolet" markalı avtomobil tərəfindən vurulan piyadanı xəstəxanaya aparan təcili tibbi yardım maşını hərəkətdə olan başqa avtomobillə toqquşub.