Astarada yük maşını idarəetmədən çıxara kanala düşüb - FOTO


Sosial 15 Noy 2017 14:28:11 313 0

Astarada yük maşını idarəetmədən çıxara kanala düşüb - FOTO

Qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib

 Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" Cənub bürosunun məlumatına görə, hadisə rayonun Ərçivan kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Türkiyə vətəndaşının idarə etdiyi ağırtonajlı yük maşını idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Məlumata görə, qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.