Fransa klubunda baş məşqçi istefası


İdman 15 Noy 2017 14:16:00 279 0

Fransa klubunda baş məşqçi istefası

Fransanın 1-ci Liqa klublarından "Saint Etienne"də baş məşqçi istefası reallaşıb. Goal.az xəbər verir ki, Oskar Qarsiya bu postda 5 ay işlədikdən sonra vəzifəsindən azad olunub. 44 yaşlı mütəxəsisi müvəqqəti olaraq Julyen Sable və Alan Ravera əvəzləyəcək. Qarsiyanın istefasına səbəb komandanın bu mövsüm istənilən kimi çıxış etməməsidir. Çempionatın 12-ci turunda evdə "Lyon"a 0:5 hsabı ilə uduzan "yaşıllar" azarkeşlərin hiddətinə tuş gəlmişdi. Təsadüfi deyil ki, həmin matçda Nabil Fekirin qol sevinci zamanı formasını çıxarıb tribunalara göstərməsindən sonra fanatlar meydana axışmış və oyunda 40 dəqiqəlik fasilə yaranmışdı.

"Saint Etienne" klubunun əvvəlki baş məşqçisi Kristof Qaltye olub. O, 2009-17-ci illərdə bu postu tutmuşdu.