Xanım deputat Milli Məclisi tənqid etdi


Digərləri 15 Noy 2017 13:30:00 266 0

Xanım deputat Milli Məclisi tənqid etdi

Millət vəkili Aytən Mustafayeva əlillərin müavinətlərinin artırılması ilə bağlı çıxış edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qeyd edib ki, millət vəkili komitə iclasında qeyd edib ki,  əlilliyin təsdiqilənməsi hər il aparılmalıdır:

"Əlillərə 50 manat müavinət verilir. Əzizim, bu 50 manat nəyə bəs edir? Onlar da Azərbaycan vətəndaşlarıdır. Təhsil almaq və digər bütün hüquqları var. Rayonlarımızda lal və karlar üçün məktəb yoxdur. Mənə Astarada olan ailə müraciət edib ki, hamısı lal-kardır, amma oxumağa məktəb yoxdur. Lal-kardır deyə işləyə bilməz? 

Ələ baxmasınlar deyə, onlara iş yeri verməliyik. Rusiya Dumasında əlil deputatlar da var. Onlar fəaldırlar. Bizim Milli Məclisin binasında heç imkan yoxdur ki, əlil içəri girə bilsin. Bunun üçün binada pilləkən yoxdur. Gəlin, birinci özümüzdən başlayaq".