Cavid Qurbanov: "Şimal-Cənub dəhlizi üzrə işlər qrafikə uyğun həyata keçirilir"


İqtisadiyyat 15 Noy 2017 13:20:57 253 0

Cavid Qurbanov: "Şimal-Cənub dəhlizi üzrə işlər qrafikə uyğun həyata keçirilir"

II faza üzrə işlərin isə gələn ilin birinci yarısında başlanılması nəzərdə tutulur

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolunun inşası işləri qrafikə uyğun həyata keçirilir.

"Report"un verdiyi xəbərə görə, bu barədə "Azərbaycan Dəmir Yoları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

"Bu ilin dekabrında artıq I faza üzrə işlər yekunlaşacaq. II faza üzrə işlərin isə gələn ilin birinci yarısında başlanılması nəzərdə tutulur", - C.Qurbanov qeyd edib.

Bu yaxınlarda Bakı-Tbilis-Qars dəmiryolunun açılışını xatırladan C.Qurbanov onun Azərbaycanın dividendlərini artıracağını da vurğulayıb.