Əbülfəs Qarayev: "II Bakı Şopinq Festivalında alıcıların sayı 2 dəfə artıb"


Digərləri 15 Noy 2017 13:20:00 338 0

Əbülfəs Qarayev: "II Bakı Şopinq Festivalında alıcıların sayı 2 dəfə artıb"

II Bakı Şopinq Festivalında alıcıların sayı 2 dəfə artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, II Şopinq Festivalı bundan əvvəlki festival kimi böyük marağa səbəb oldu:

"Müxtəlif ölkələrdən, xüsusilə Körfəz ölkələrindən, eləcə də İrandan və Rusiyadan turistlərin məhz Şopinq Festivalı çərçivəsində Azərbaycana gəlməsi olduqca təqdirəlayiqdir və bu, bizi çox sevindirir. Turist axını keçən dəfəyə nisbətən çoxalır. Yerli sakinlərin də marağı artıb".