BP ilin sonunadək SOCAR-la yeni saziş imzalayacaq


Digərləri 15 Noy 2017 13:09:00 239 0

BP ilin sonunadək SOCAR-la yeni saziş imzalayacaq

BP bu ilin sonunadək SOCAR-la Xəzər dənizinin Şimali Abşeron hövzəsindəki D230 perspektiv blok strukturunda geoloji kəşfiyyatın aparılması üçün saziş imzalamağa ümid edir.

Bakı. Azad Həsənli - BP bu ilin sonunadək SOCAR-la Xəzər dənizinin Şimali Abşeron hövzəsindəki D230 perspektiv blok strukturunda geoloji kəşfiyyatın aparılması üçün saziş imzalamağa ümid edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons deyib. Onun sözlərinə görə, bu məsələ SOCAR prezidenti Rövnəq Abdullayevlə görüş zamanı müzakirə olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin