Ermənistan parlamenti tələbələrin etirazını nəzərə almayıb


Dünya 15 Noy 2017 12:48:47 244 0

Ermənistan parlamenti tələbələrin etirazını nəzərə almayıb

İclasda iştirak edən 86 deputat qanun layihəsinin lehinə, 6-sı isə əleyhinə səs verib

Ermənistan parlamenti noyabrın 15-də “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanun layihəsini ikinici oxunuşda qəbul edib.

“Report” Ermənstan KİV-inə istinadən xəbər verir ki, iclasda iştirak edən 86 deputat qanun layihəsinin lehinə, 6-sı isə əleyhinə səs verib. 

Qeyd edək ki, parlamentin 105 üzvü var. Onların 65-ü hakim koalisiyanı (Onların 58-i Respublikaçılar Partiyasını, 7-si isə daşnakları təmsil edir), müxalifəti isə 40 deputat (“Çiçəklənən Ermənistan” Partiyası, “Tsraukyan” bloku 31, “Çıxış yolu Birliyi” Partiyası, “Çıxış” bloku 9) təmsil edir.

Səsvermədən əvvəl müxalifətdə olan “Çıxış” parlament fraksiyasından olan deputat Ararat Mirzoyan deyib: “128 elmi işçi və ali təhsil müəssisəsinin müəllimi tələbələrin tələblərini dəstələyir. Bizim fraksiya qanun layihısinin əleyhinə səs verəcək. Bütün həmkarlarımızı bu sənədin əleyhinə səs verməyə çağırırıq”.

Səsvermənin nəticələrinə etiraz edən tələbələr parlamentin binası qarşısında səssiz etiraz aksiyasına başlayıb.

Qeyd edək ki, noyabrın 7-dən Yerevan Dövlət Universitetinin tələbləri tətil elan ediblər və etiraz aksiyası keçirirlər. Ötən gün Yerevan Dövlət Universitetinin 5 tələbəsi qanun layihəsinə etiraz olaraq, aclıq aksiyasına başlayıb, bir qrup tələbə isə Yerevan Dövlət Universitetinin ərazsiində oturaq dinc tətil keçirib.

Qanun layihəsi üçüncü oxunuşdan sonra ölkə prezidenti tərəfindən imzalanacaq və sonra qüvvəyə minəcək.