Ermənistan parlamenti qarşısında polislər tələbələr arasında qarşıdurma yaranıb


Digərləri 15 Noy 2017 12:46:00 210 0

Ermənistan parlamenti qarşısında polislər tələbələr arasında qarşıdurma yaranıb

Ermənistan parlamentinin binası qarşısında polis əməkdaşları ilə tələbələr arasında qarşıdurma yaranıb.

Bakı. Ermənistan parlamentinin binası qarşısında polis əməkdaşları ilə tələbələr arasında qarşıdurma yaranıb. Trend-in məlumatına görə, tələbələr hərbi xidmətdən möhlətin ləğvi ilə bağlı qanun layihəsinə etiraz edirlər. Gənclər əvvəlcə Dəmirçiyan küçəsini Milli Yığıncaq tərəfdən bağlayıb, sonra parlamentin girişinə doğru hərəkət edərək Baqramyan prospektinin bu hissəsini bağlayıblar. Prospektdə nəzarəti gücləndirən polis tələbələrə dağılışmaq üçün 5 dəqiqə vaxt versə də, qarşıdurma yaranıb. Qeyd edək ki, Milli Yığıncaq hərbi xidmətdən möhlət verilməsi ilə bağlı qanun layihəsini ikinci oxunuşda qəbul edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin