Nazir: "Bu il Şopinq Festivalında iştirak edənlər ötən illə müqayisədə 2 dəfəyə qədər artıb"


İqtisadiyyat 15 Noy 2017 12:10:47 300 0

Nazir: "Bu il Şopinq Festivalında iştirak edənlər ötən illə müqayisədə 2 dəfəyə qədər artıb"

Əbülfəs Qarayev: "Bu ikinci il üçün normal nəticədir"

"Ötən ilki Şopinq Festivala nisbətən bu il artım 1,5 və ya 2 dəfə olub".

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O qeyd edib ki, ilk Şopinq Festivalına nisbətən bu il festivala gələnlər çoxalıb: "Artıq yerli sakinlər də bu fürsətdən yararlanmağa çalışırlar. Bu ikinci il üçün normal nəticədir. Ümumi alıcıların, iştirakçıların və keçirilən aksiyaların sayı keçən festivala nisbətən təxminən 2 dəfəyə qədər artıb. Bu da insanların yayda və qışda daha çox istirahətə getməsi ilə bağlıdır. Biz də mövsümlülüyü aradan qaldırmaq üçün festivalı payız və yazda keçirtmək qərarına gəldik”.