Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?! Yenə Telman İsmayılov...


Kriminal 15 Noy 2017 12:15:18 292 0

Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?!  Yenə Telman İsmayılov...

Çoxsaylı sifarişli qətllərdə, mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaqda təqsirli bilinərək barəsində axtarış elan edilmiş azərbaycanlı keçmiş oliqarx-milyarder Telman İsmayılov cəmi bir neçə ay əvvələ qədər Rusiya siyasi elitasını brend alkaqolla təchiz edirmiş.

Virtualaz.org xəbər verir ki, bu haqda "Sobesednik" yazır.

Bu günlərdə üzə çıxıb ki, Telman İsmayılovun "AST İnternational Environment"" şirkəti Rusiya Dövlət Dumasına 1.5 milyon rubl dəyərində elit alkoqol satıb. Həmin şirkət hələ 90-cı illərdə yaradılıb və xarici ölkələrdə istehsal olunmuş brend alkaqolun Rusiyada distributorluğunu həyata keçirir. Şirkətin səhmlərinə bu yaxınlara qədər T.İsmayılovun oğlanları nəzarət edirdi. Lakin aktivi kreditorlardan qorumaq üçün səhmdarlar dəyişdirilib. Ehtimal edilir ki, şirkət hələ də İsmayılovların nəzarətindədir. Onun illik dövriyyəsi 12 milyard rubldur.

Məlum olub ki, Kremlin İşlər İdarəsinə bağlı "4 saylı Qida Kombinatı" "AST İnternational Environment"" şirkəti ilə Dövlət Duması, Federasiya Şurası və Hesablama Palatası üçün alkaqollu içkilərin təchizatına dair müqavilə bağlayıb. Müqaviləyə əsasən alkaqolun alınması "texnogen və təbii xarakterli fövqəladə situasiyaların nəticələri, təcili tibbi müdaxilə zərurəti və digər qeyri-müəyyən qüvvələrlə" ilə əsaslandırılır.

Müqavilədə göstərilir ki, deputatlara bir butulkası 91.4 min rubl olmaqla "Dom Perinyon" şampanları, 338 min rubla "Haylend Park" viskisi, 450 min rubla "Tesseron extrime" konyakı və digər brend içkilər alınmalıdır.