Kutsi ikinci dəfə evlənir


Digərləri 15 Noy 2017 12:18:00 361 0

Kutsi ikinci dəfə evlənir

Müğənni-aktyor Kutsi ikinci dəfə evlənir.   Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçinin aktrisa sevgilisi Feyza Çıpa deyib. Çəkiliş zamanı atdan düşən Kutsinin vəziyyətinin yaxşı olduğunu deyən Çıpa "Toy nə vaxtdır" sualına belə cavab verib:   "Ailə qurmağa qərar vermişik, amma hələ hazırlıqlara başlamamışıq. Yayda toy edəcəyik". 

Qeyd edək ki, Kutsi ilə Feyza 4 il sevgili olub. Müğənni Çıpaya görə 7 illik həyat yoldaşı, 2 qızının anası Sinem Bayraktutardan 2015-ci ildə boşanmışdı.