IX sinfi bitirə bilməyənlər üçün


Digərləri 15 Noy 2017 11:53:00 239 0

IX sinfi bitirə bilməyənlər üçün

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsli İdarəsindən (BŞTİ) məlumat verilib.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

BŞTİ-nin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeydiyyat və sənəd qəbulu dekabrın 1-dən 20-dək BŞTİ-də aparılacaq.