2 günlük körpəsini öldürən atanın həbsxanadan meyiti tapıldı FOTO


Dünya 15 Noy 2017 11:33:00 276 0

2 günlük körpəsini öldürən atanın həbsxanadan meyiti tapıldı  FOTO

2 günlük körpəsini yumruqlayaraq öldürdüyünə görə ömürlük azadlıqdan məhrum edilən şəxs həbsxanada öldürülüb

.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, onu həbsxanada kamera yoldaşı öldürüb.

Qeyd edək ki, 22 yaşlı Liam Deane Luna adlı 2 günlük körpəsini ağladığına görə yumruqlayaraq öldürüb. Uşağın anası yorulduğu üçün yuxuya gedib və uşağı atasına əmanət edib. Liam isə 2 günlük ağlayan qızın səsinə dözə bilməyib və əsəbləşərək onu yumruqlayıb. O, səhər açılanda xanımına uşağın pilləkənlərdən yuvarlandığını söyləyib. Qadın uşağı xəstəxanaya aparıb. Məlum olub ki, o döyülüb.

Məsələ ilə bağlı polisə xəbərdarlıq edilib. Araşdırmalardan sonra Liam Deane saxlanılıb. O, qızını döydüyünü etiraf edib. Liam ömürlük həbs cəzası alıb.


Xəbərə aid fotolar