Çindən yük gətirən iranlının avtomobilindən narkotik çıxdı


Kriminal 15 Noy 2017 11:37:00 309 0

Çindən yük gətirən iranlının avtomobilindən narkotik çıxdı

Gömrükdə tük avtomobilində narkotik tapılıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin yük şöbəsində Çin Xalq Respublikasından Azərbaycana yük gətirən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti keçirilib.

Gömrük nəzarəti zamanı xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün avtomobil saxlanılıb və həmin nəqliyyat vasitəsi yoxlanılıb.

Nəticədə, kabinədə sürətlər qutusunun yanında olan saxlanc yerində, polietilen paketdə təsiredici maddəsinin ümumi miqdarı 0,0275 qram təşkil edən 5 ədəd və ½ həb şəklində "Metadone" adlı dərman preparatı, sürətlər qutusu ilə sürücü oturacağının arasında olan boşluqda isə xalis çəkisi 0,668 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.