Tərtər və Ağstafada ev yanıb


Digərləri 15 Noy 2017 11:21:00 276 0

Tərtər və Ağstafada ev yanıb

Tərtər rayonu, Bayandur kəndində ümumi sahəsi 24 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bakı. Tərtər rayonu, Bayandur kəndində ümumi sahəsi 24 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın söndürülüb. Daha bir yanğın hadisəsi isə Ağstafa rayonunda qeydə alınıb. Rayonun Qarahəsənli kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyalari və ev əşyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.