Bakı metrosunda həyəcanlı anlar - Qadın relslərin üstünə yıxıldı


Digərləri 15 Noy 2017 10:55:00 243 0

Bakı metrosunda həyəcanlı anlar - Qadın relslərin üstünə yıxıldı

Noyabrın 15-də səhər saatlarında metronun “Xalqlar Dostluğu” stansiyasında qadın qatar relslərinin üzərinə yıxılıb.

Bakı. Samir Əli - Noyabrın 15-də səhər saatlarında metronun “Xalqlar Dostluğu” stansiyasında qadın qatar relslərinin üzərinə yıxılıb. Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, hadisə səhər saat 08:18 radələrində baş verib: "1963-cü il təvəllüdlü Sevda Osmanova adlı sərnişin “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxt relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist qatarı saxlayıb, qadını oradan çıxarıblar. Başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir". N.Paşayev bildirib ki, nəticədə "Xalqlar Dostluğu"-“Dərnəgül” istiqamətində qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb: "Hazırda intervalda yaranan problem aradan qaldırılıb və qatarların normal hərəkəti bərpa olunub".