Bakının bu ərazilərinin suyu kəsiləcək
Digərləri 15 Noy 2017 10:34:00 270 0
Bu gün paytaxtın bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar noyabrın 15-də gün ərzində Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Mənbə: milli.az