Koreyada güclü zəlzələ baş verib


Digərləri 15 Noy 2017 10:37:00 196 0

Koreyada güclü zəlzələ baş verib

Təkanlar paytaxt Seulda da hiss olunub.

Bakı. Cənubi Koreyanın Könsan-Pukto vilayətində, Phohan şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, zəlzələdən sonra 3,6 maqnitudalı bir neçə afterşok qeydə alınıb. Təkanlar paytaxt Seulda da hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.