Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi müzakirə olunacaq


Digərləri 15 Noy 2017 10:11:11 164 0

Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi müzakirə olunacaq

Tədbir parlamentin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə keçiriləcək

Sabah, noyabrın 16-da Azərbaycan Milli Məclisində “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin ictimai müzakirəsi təşkil olunacaq.

“Report”un xəbərinə görə, tədbir parlamentin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə keçiriləcək.

Müzakirədə deputatlarla yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edəcək.