Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: ölənlər var


Dünya 15 Noy 2017 08:27:15 274 0

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: ölənlər var

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir

Rusiyada yüngül mühərrikli sərnişin təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.

İlkin məlumata görə, hadisə Xabarovsk diyarında, təyyarə eniş edəkən baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub. 

Qəza zamanı 1 uşağın sağ qaldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.