Salyanda top mərmisi aşkar edilib FOTO


Digərləri 15 Noy 2017 07:44:53 206 0

Salyanda top mərmisi aşkar edilib  FOTO

Salyan rayonunda 1 ədəd top mərmisi aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Salyan rayonu, Həsənli kəndi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olubdur.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar