Meksikada onlarla miqrantın qətlində şübhəli bilinən cinayətkar saxlanılıb


Dünya 15 Noy 2017 07:20:33 312 0

Meksikada onlarla miqrantın qətlində şübhəli bilinən cinayətkar saxlanılıb

O, 72 qeyri-leqal mirqantın qətlində təqsirkardır

Meksikanın hakimiyyət orqanları 70-dən çox miqrantın kütləvi qətlində şübhəli bilinən daha bir nəfərin saxlanıldığnı xəbər veriblər.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Ölkənin bir neçə güc qurumunun birgə press relizində qeyd olunur ki, söhbət "Pendirli pəncə" ləqəbli hansısa 56 yaşlı Martiniano de Xesusedən gedir. Təhqiqat materialına əsasən o, 2010-cu ilin yayında Meksikaya ABŞ vasitəsilə gəlmiş Salvador və Hondurasdan olan 72 qeyri-leqal mirqantın – 58 kişinin və 14 qadının qətlində təqsirkardır. Onların kütləvi şəkildə basdırılmış cəsədləri Tamaulipasda, San-Fernando bələdiyyəsində tapılıb.

Bu cinayət işi ilə bağlı 2012 və 2015-ci illərdə daha iki nəfər – "Dələ" ləqəbli Salvador Martines Eskobedo və Xose Quadalupe Reyes saxlanılıb.