Açıq satışda var: ancaq alan 500 manat cərimə olunur


Digərləri 15 Noy 2017 07:21:00 364 0

Açıq satışda var: ancaq alan 500 manat cərimə olunur

Qanun qadağan etsə də, avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaratsa da, antiradar cihazı açıq satışa çıxarılır.

Son.az bildirir ki, qadağan edilmiş bu cihazın həm Əmlak Məsələləri Dövlət Komitəsində hərraca çıxarılması və alış-veriş saytında açıq şəkildə satılması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov axar.az-a açıqlama verib. O bildirib ki, antiradar cihazının satışı "Yol hərəkəti haqqında" qanunun tələblərinin təbliğinə aid deyil:

"Bu cihazın satışı ilə bağlı biz bir şey edə bilmərik. "Yol hərəkəti haqqında" qanunda deyilir ki, antiradar qurğularının avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaradır. Bunun cəriməsi də yüksəkdir. Avtomobilərə antiradar cihazı, yəni radarın işini əngəlləyən qurğu qoyulmasına görə sürücü məsuliyyət daşıyır. Sürücü o qurğuya görə 500 manatdan 800 manata qədər cərimə edilə bilər".

V.Əsədov bildirib ki, həmin cihazın satışına müdaxilə edə bilməzlər:

"Bu qurğunun satışı ilə bağlı sualı bizə ünvanlamayın. Bununla biz məşğul olmuruq. Bu, bizə aid olan bir məsələ deyil. Biz birmənalı olaraq bildiririk ki, qanun bu qurğuların avtomobillərə quraşdırlmasına icazə vermir. Hər hansısa avtomobildə bu cihaz müəyyən edilərsə, mütləq qaydada cərmələnəcək".

Hüquqşünaş, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov açıqlamasında bildirib ki, dəqiqləşdirmək lazımdır, hərracda və saytlarda satışa çıxarılan həmin qurğu özündən radiodalğalar buraxaraq radarın fəaliyyətini məhdudlaşdıran cihazdır, ya yox:

"Antiradar özü dalğalar buraxan və bu dalğalarla radarın işini məhdudlaşdıran qurğudur. Antiradar - radara işləməyə imkan verməyən cihazdır. Radarın dalğalarını öldürür, boğur və imkan vermir ki, radar avtomobilin sürətini ölçsün.