Müəllimdən ŞOK HƏRƏKƏT: tələbələrini iş adı ilə KİŞİLƏRƏ SATIRMIŞ


Digərləri 15 Noy 2017 05:30:00 339 0

Müəllimdən ŞOK HƏRƏKƏT: tələbələrini iş adı ilə KİŞİLƏRƏ SATIRMIŞ

Ukraynada xoreoqrafiyadan dərs keçən məktəb müəllimi öz tələbələri olan qızları seks-köləlik məqsədilə Türkiyəyə satırmış.

Son.az bildirir ki, zərərçəkənlər bu barədə REN TV-yə danışıblar.

Nikolayev şəhərindən olan rəqqasın kriminal bizneslə məşğul olduğu ortaya çıxıb. "Türkiyəyə yola düşən qızlar əmin idilər ki, onlar yaxşı pul müqabilində gecə klubunda rəqqasə işləməyə gedirlər, ancaq nəticədə girovlara çevrilərək məcburi seksə sürüklənirdilər", - deyə zərərçəkən bir qızın vəkili kanala bildirib. Onlara hər gecə rəqsi üçün söz verilmiş 350 dolların əvəzinə 40 dollar ödənilirdi. Daha sonra isə əksəriyyətə bildirilirdi ki, onlar rəqs üçün əlverişli deyillər və 10 dollar müqabilində alkoqol qəbul etmiş müştəriləri əyləndirsinlər.