KİV: Putin-Sarqsyan görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq


Siyasət 15 Noy 2017 02:45:46 264 0

KİV: Putin-Sarqsyan görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq

Skakov: "Bu məsələ Rusiya üçün çox vacibdir"

Ermənistan və Rusiya prezidentləri - Serj Sarqsyanla Vladimir Putinin görüşü zamanı digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da müzakirə olunacaq.

“Report” xəbəbr veri ki, bu barədə rusiyalı ekspert, şərqşunas Aleksandr Skakov RİA "Novosti"yə bildirib.

O, görüşün rusiyalı lider ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən dərhal sonra baş tutacağını xüsusi vurğulayıb.

"Moskva elan etməsə də, münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupundakı digər dövlətlərdən daha fəal məşğuldur. Çünki bu, onun üçün çox vacibdir. Fikrimcə, Ərdoğanla Putin arasında danışılan məqamlar Sarqsyanla Putin arasında keçiriləcək görüşdə də səsləndiriləcək", - deyə ekspert bildirib. A.Skakov gələn həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana reallaşacaq səfərlərini də qeyd edib.