Uşaqlarınızı bu oyundan uzaq tutun Azyaşlılar TƏHLÜKƏDƏ


Digərləri 15 Noy 2017 01:30:00 344 0

Uşaqlarınızı bu oyundan uzaq tutun  Azyaşlılar TƏHLÜKƏDƏ

Gənclər arasında sürətlə yayılan və dünya çapında yüzlərlə intihar hadisələri ilə əlaqələndirilən "Mavi balina" adlı oyun can almaqda daavm edir.

Son.az xəbər verir ki, oyunun yaradıcısı 3 il həbs cəzasına məhkum edilsə də, oyunun səbəb olduğu ölümlər hələ də səngimək bilmir.

Bu oyuna qatılan insanlardan əksəriyyəti şiddəti təbliğ edən 50 təlimatı yerinə yetirmələri tələb olunur. 50 gün müddətində tabe olunması lazım olan bu əmrlər arasında dərin olmamaq şərtilə qol və ayaqların kəsilməsi, müəyyən bir müddət ərzində heç kimlə görüşməmək, yüksək səslə musiqi dinləmək kimi mərhələlər yer alır.

50-ci gündə isə oyunçuya son mərhələ olan yüksəklikdən tullanaraq, yaxud özünü asaraq intihar etməsi əmri verilir.

"Mavi balina" oyununda idarəçi mövqeyində olan insanların şəxsi bilgilərini ələ keçirdikləri qurbanlarına şantaj da edildiyi bildirilib. Onlar bu yolla insanları oyunu davam etdirməyə zorlayırlar.

Oyun, əsasən, sosial şəbəkələr və mesajlaşma proqramları vasitəsilə yayılır. Hindistanda yaşayan 22 yaşlı Aleksandr adlı bir oğlan intihar oyunundan qardaşının polisə müraciət etməsi ilə qurtulub.

"Mavi Balina" oyunu ilə "Votsap" proqramında tanış olan Aleksandr oyun haqqında bilgilərini bölüşüb:

"Mavi Balina" telefona yüklənən bir tətbiq deyil. Oyun link vasitəsilə, insanların bir idarəçi tərəfindən yönləndirilməsi ilə oynanılır. İdarəçi tərəfindən verilən vəzifələrin gecə yarısından sonra həyata keçirilməsi əmr edilir. İlk günlər şəxsi bilgilər və fotolar paylaşılır və bunlar idarəçi tərəfindən toplanır".