Korçay Dövlət Təbiət Qoruğunun sanitariya mühafizə zonası təsdiq edilib


Sosial 15 Noy 2017 00:16:33 254 0

Korçay Dövlət Təbiət Qoruğunun sanitariya mühafizə zonası təsdiq edilib

Qoruğun sanitariya mühafizə zonası 962,64 hektarlıq sahədə təsdiqlənib

Nazirlər Kabineti Korçay Dövlət Təbiət Qoruğunun sanitariya mühafizə zonasını təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğunun sanitariya mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 962,64 hektarlıq sahədə təsdiq edilib.