"Leyla Şıxlinskaya"nın işçiləri məhkəmə qarşısında:


Digərləri 14 Noy 2017 23:59:00 299 0

"Leyla Şıxlinskaya"nın işçiləri məhkəmə qarşısında:

Xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının böyük məbləğdə mənimsəmədə ittiham olunan işçilərinin məhkəməsi başlayır.

Son.az virtualaz.org-a istinadən bildirir ki, onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Cinayət işinin materialları artıq məhkəməyə göndərilib, yaxın günlərdə hazırlıq iclası keçiriləcək.

Təqsirləndirilənlərin sayı 6 nəfərdir, onların arasında klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova da var. Onlara Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.