Berat Albayrak Bakıya səfər edəcək


Dünya 14 Noy 2017 22:59:00 259 0

Berat Albayrak Bakıya səfər edəcək

Gələn ilin əvvəlində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycana rəsmi səfər edəcək.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.

"2018-ci ilin yanvar ayının əvvəlində Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur. İclasda nazir Berat Albayrakın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı gözlənilir", - deyə o vurğulayıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin