Seks nadir hallarda ürək çatışmazlığına gətirib çıxarır


Digərləri 14 Noy 2017 22:20:00 410 0

Seks nadir hallarda ürək çatışmazlığına gətirib çıxarır

Statistika iddia edir ki, seks zamanı və ya ondan sonra ürək çatışmazlığı kişilərdə qadınlardan daha çox baş verir.

Lakin ümumilikdə seksual fəallıq çox nadir hallarda ürək çatışmazlığına səbəb ola bilər. Los-Angeles-in Sedars-Sinai xəstəxanasının nəzdindəki Kardiologiya İnstitutunun tədqiqatçıları bu fikirdədirlər.

Onlar ürək çatışmazlığı ilə bağlı 4557 halı nəzərdən keçiriblər. Onlardan yalnız 34-ü seks zamanı və ya intim əlaqədən bir saat sonra baş verib.

Son.az BBC-yə istinadən bildirir ki, bu hadisələrin 32-si kişilərdə qeydə alınıb. Sedars-Sinai Kardiologiya İnstitutunun nümayəndəsi Sumit Chugh bu araşdırmanın ürək çatışmazlığı ilə seksual fəallıq arasında əlaqəni öyrənən ilk tədqiqat olduğunu söyləyib.

Araşdırmanın nəticələri Amerika Kardiologiya Assosiasiyasının qurultayında təqdim edilib.

Adətən ürək çatışmazlığı baş verən zaman insan dərhal huşunu itirir və nəfəsi dayanır. Ürəyi xaricdən masaj etmədən və süni nəfəs vermədən ölümcül nəticədən qaçmaq demək olar ki mümkün deyil.

Ürək çatışmazlığı infarktdan fərqlənir, buna səbəb isə ürəyin kifayət qədər qanla təchiz olunmamasıdır.

Seksual fəallığın infarkta gətirib çıxarması çoxdan məlumdur. Lakin bu günə qədər sekslə ürək çatışmazlığı arasında əlaqənin olub-olmadığı barədə məlumat yox idi.

Faktlar:

Xəstəxanadan kənarda baş verən ürək çatışmazlığı hallarının 90%-i ölümlə nəticələnir. Kardiopulmonal reanimasiya və defibrilltordan istifadə edilmədiyi hər dəqiqə xəstənin yaşamaq şansı 10% azalır. Ürək çatışmazlığının ilk dəqiqələrində kardiopulmonal reanimasiyadan istifadə sağ qalmaq şansını iki dəfə, bəzən 3 dəfə artırır. Kardiopulmonal reanimasiyaya ürəyin xaricdən dəqiqədə 100-120 ritmdə toxunma masajı, həmçinin hər 30 vuruşdan sonra süni nəfəs vermək daxildir.

Mənbə.: Amerika Kardioloqlar Assosiasiyası