İnterpol adam öldürməyə cəhd edən bu azərbaycanlını axtarır FOTO


Digərləri 14 Noy 2017 21:38:00 306 0

İnterpol adam öldürməyə cəhd edən bu azərbaycanlını axtarır  FOTO

İnterpol adam öldürməyə cəhd edən azərbaycanlı barədə axtarış elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, 1965-ci il təvəllüdlü Kamal Fətullazadə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilib.

Lənkəran şəhərində anadan olmuş K.Fətullazadə barəsində hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Azərbaycanın məhkəmə orqanı K.Fətullazadə barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi haddında qərar çıxararaq, İnterpola təqdim edib.


Xəbərə aid foto