Bu məkan fərqliliyi ilə diqqəti cəlb edir


Digərləri 14 Noy 2017 21:01:00 264 0

Bu məkan fərqliliyi ilə diqqəti cəlb edir

Çayxana dedikdə insanın ağlına domino, nərd və bu kimi oyunların oynanıldığı bir məkan canlanır. Amma indi sizə bəhs edəcəyimiz çayxana digərlərindən çox fərqlənir. Çayxananın divarlarını kitablar bəzəyir.

Çayxanada müxtəlif yerli və xarici kitablar yer alır. Bu məkanın hər bucağını bir-birindən fərqli və maraqlı kitablar bəzəyir. Son.az xezerxeber.az-a istinadən bildirir ki, Qazaxdakı çay evi fərqliliyi ilə diqqət çəkir. Bu çayxanın fərqli olması isə bura gələnlərin çayla bərabər belə maraqlı kitabları mütaliə etmə imkanının olmasıdır. Çay evinin sahibi deyir ki, məkanda bu cür şəraitin yaradılmasında əsas məqsəd kitab həvəskarlarını bura cəlb etmək olub ki, buna da müəyyən qədər nail olub. Həmçinin kitabların mütəmadi olaraq yenilənməsi də müştəriləri davamlı olaraq bu məkana cəlb edir. Çay evinin başqa bir fərqliliyi isə ondadır ki, bura üz tutanların əksəriyyəti zaman keçdikcə daimi müştərilərə çevrilirlər. Onlar burada gün ərzində təxminən 1-2 saat mütaliə edirlər. Əsas müştəriləri gənclər olan çay evində daha çox dünya ədəbiyyatına aid kitablara rast gəlinir. Bundan başqa, rəflərdə Azərbaycan yazıçı və şairlərinin də əsərləri yer alıb.


Xəbərə aid video