Dövlət qulluğuna qəbulla bağlı


Digərləri 14 Noy 2017 21:06:00 288 0

Dövlət qulluğuna qəbulla bağlı

Dövlət qulluğuna qəbulda bir sıra yeniliklər edilib. Dövlət qulluğuna qəbul üçün keçirilən əvvəlki imahanlardan fərqli olaraq, yeni qəbul modelində dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku yerləşdirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, qanunvericiliyə edilən əsas dəyişikliklərə uyğun olaraq dövlət qulluğuna qəbul üçün yeni test bankı və vəzifə qrupları üzrə 20 yeni test proqramı hazırlanıb. Test imtahanlarının məzmununda da yeniliklər mövcuddur. Belə ki, əvvəlki imtahanlardan fərqli olaraq test imtahanları vakant vəzifələr üzrə deyil, vəzifə qrupları üzrə keçiriləcək. Dövlət orqanları tərəfindən müsabiqəyə ayrılan yerlərin sayı da məlum olub. Belə ki, bu il 990 vakant vəzifə təqdim olunub. Həmin yerlərin 780-i regionların payına düşüb. Ən çox vakansiya isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 504 , Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 113 və Dövlət Statistika Komitəsi tərəfindən 122 vakant vəzifə müsabiqəyə təqdim edilib. Regionlardakı vəzifələr daha çox inzibati-içracı vəzifələrdir. DİM rəsmisi vakant vəzifələri müsabiqəyə təqdim etməyən dövlət orqanlarının da adını açıqlayıb. Dövlət qulluqçularının reyestrində 30 minə yaxın dövlət qulluqçusu barədə məlumatların toplandığını vurğulan Vəfadar Misirov qeyd edib ki, dövlət qulluqçularının reyestrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Təhsil Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində vakant vəzifələr görünsə də, onlar vakant vəzifələri DİM-ə təqdim etmirlər. İcraçı direktor bildirib ki, dövlət qulluqçularının reyestrinin aktuallığını təmin etməyən orqanların məsul şəxsləri qanunvericiliklə məsuliyyətə cəlb olunacaqlar. Qeyd edək ki, test imtahanlarına qeydiyyat 7 noyabrda başlanıb. Bütün vəzifə qrupları üzrə test imtahanı proqramları hazırlanıb və mərkəzin internet portalında yerləşdirilib.


Xəbərə aid video