"Kəpəz" paytaxt klubu ilə oyuna hazırlaşır


İdman 14 Noy 2017 21:05:00 281 0

"Kəpəz" paytaxt klubu ilə oyuna hazırlaşır

Topaz Premyer Liqasının XII turunda Gəncədə “Səbail”i qəbul edəcək “Kəpəz” qarşıdakı oyun üçün hazırlığını davam etdirir. Goal.az xəbər verir ki, Bakıda məşq edən “sarı-göylər”in hazırlıq prosesi iki mərhələyə bölünüb. Əvvəlcə fiziki çalışmalar üzərində işləyən komanda son 4 gün ərzində taktiki-texniki məşqlərə diqqət ayıracaq. Gəncə klubu qarşıdakı 2 gündə məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Hazırlıq prosesi saat 15:30-da başlayacaq. Soyuqdəymə səbəbindən Kamran Abdullazadə məşqlərdə iştirak edə bilmir. Sol ciyin qurşağında bağ gərilməsi olan Davud Kəriminin vəziyyəti isə normaldır.