"Başımı nəvələrimlə qatıram" Səhnədən gedən əməkdar artist


Kriminal 14 Noy 2017 20:48:00 266 0

"Başımı nəvələrimlə qatıram"  Səhnədən gedən əməkdar artist

Əməkdar artist Kübra Əliyevanın Azərbaycanı tərk etməsi haqda xəbər yayılmışdı.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın Türkiyəyə qızının yanına köçdüyü bildirilmişdi. 

Bu yaxınlarda keçmiş aparıcı İlham Mirzəyevin oğlunun ad günü mərasimində K.Əliyeva da yer alıb. Aktrisa əməkdaşımızla söhbətində heç vaxt Bakıdan getmədiyini deyib:

"Niyə vətənimi tərk edim ki? Yalan yayılan xəbər idi. İndi də Türkiyəyə tez-tez gedirəm. Həm müayinə oluram, həm də qızımın yanında qalıram. Heç vaxt da Azərbaycandan getmərəm. Vətənindən gedənləri heç sevmirəm".