Bərdədə 27 yaşlı gənc intihara cəhd edib


Sosial 14 Noy 2017 20:01:59 243 0

Bərdədə 27 yaşlı gənc intihara cəhd edib

Faktla bağlı araşdırma aparılır

Bərdə rayonunda 27 yaşlı gənc intihara cəhd edib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Güloğlular kənd sakini, 1989-cu il təvəllüdlü Cabir Novruz oğlu Məmmədov bilərəkdən sirkə turşusu içib.

Onun vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.