Tbilisi hava limanı bağlandı


Dünya 14 Noy 2017 19:56:00 285 0

Tbilisi hava limanı bağlandı

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında fövqəladə vəziyyət yaranıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın "Birinci kanal" televiziyası məlumat yayıb.

Naməlum şəxs aeroportda təhlükəli çanta olması barədə "112" çağrı mərkəzinə zəng edib. Hava limanındakı sərnişinlər təxliyyə olunublar, başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.