"Otağa aparıb zorladı"


Dünya 14 Noy 2017 20:00:00 279 0

"Otağa aparıb zorladı"

Gimnastika üzrə ABŞ yığmasının həkimi Larri Nassarin daha bir çirkin əməli üzə çıxıb.

Son.az apasport.az -a istinadən xəbər verir ki, Olimpiya Oyunlarının 6 qat mükafatçısı Aleksandra Raysman da həkim tərəfindən seksual zorakılığa məruz qaldığını etiraf edib.

"60 dəqiqə" şousunda çıxış edən 23 yaşlı idmançı "buna xəcalət çəkirəm" deyərək, komanda yoldaşlarının yolu ilə gedib. O, bunadək həkimlə bağlı etiraflar edən 4 həmkarı ilə eyni aqibəti yaşadığını gizlətməyib.   Belə ki, Nassar ona bütün dünyada sekslə müalicənin yayıldığını bildirərək, yataq otağına aparıb və zorlayıb. Hətta təyyarə ilə uçuş zamanı da gimnast həkimin təcavüzü ilə üzləşib. O, gimnasta yarışa belə hazırlığın faydalı olduğunu da vurğulayıb.   Olimpiya Oyunlarında 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Raysman yerli federasiya və Federal təhqiqatlar Bürosuna şikayət etsə də, onlar tərəfindən hansısa tədbir görülməyib.   Qeyd edək ki, 1 il həbsdə yatmış Nassar hazırda uşaq pornoqrafiyası yaymaq ittihamı ilə başladılan məhkəməsini gözləyir.