Dəhşətli oyun Azərbaycanda da yayıldı "Əmr edirəm, intihar et!"


Digərləri 14 Noy 2017 19:48:00 269 0

Dəhşətli oyun Azərbaycanda da yayıldı  "Əmr edirəm, intihar et!"

Sön dövrlər dünyada baş verən yüzlərlər intihar hadisələrinin səbəbkarı kimi göstərilən "Mavi balina" oyunu sürətlə yayılmaqda davam edir.

Oyunun adı dalğaların sahilə vurduğu və həyatda qalma şansları çox az olan balinalardan götürülüb. "Mavi balina"nın rəsmi bir internet adresi və qanuni satışı yoxdur. Bu oyun rus tanışlıq saytlarına daxil olan şəxslərə idarəçi tərəfindən göndərilir. Oyuna daxil olan şəxslərin istifadə etdiyi cihaza birbaşa olaraq virus daxil olur. Həmin virus istifadəçinin bütün şəxsi məlumatlarını ələ keçirir və sonradan onun şantaj olunmasında istifadə olunur.

"Mavi balina" oyunu 50 gün davam edən, 50 təlimatdan ibarətdir. Burada insanların özünə xəsarət yetirilməsindən tutmuş, adları göndərilən qorxu filmlərinin izlənilməsinə qədər bir sıra təlimatlar verilir. 49 təlimatı bitirdikdən sonra 50-ci gündə istifadəçinin özünü öldürməsi tələb edilir. Son təlimatda deyilir: "Öl! Onsuz da yenidən doğulacaqsan".

Oyun 2015-ci ildə Rusiyada, 18 yaşdan aşağı uşaqlar arasında yayılıb. Təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilə qədər Rusiyada 130 uşaq bu oyunun qurbanına çevrilib. Rusiyadan sonra oyun qısa müddət ərzində Azərbaycan da daxil olmaqla Qazaxıstan, Qırğızıstan, Ukrayna, daha sonra Avropa ölkələri, ABŞ, Fransa və İngiltərədə də yayılmağa başlayıb. Son məlumatlara əsasən, təkcə Türkiyədə "Mavi Balina" oyununa görə 142 gənc intihar edib.