Belaruslu balet ulduzları Bakıda "Don Kixot" baletinin tamaşasında çıxış edəcəklər


Digərləri 14 Noy 2017 19:26:12 198 0

Belaruslu balet ulduzları Bakıda "Don Kixot" baletinin tamaşasında çıxış edəcəklər

"Don Kixot" baleti noyabrın 25-də növbəti dəfə səhnəyə qoyulacaq.

Bakı. Uzun illərdən bəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında olan L.Minkusun "Don Kixot" baleti noyabrın 25-də növbəti dəfə səhnəyə qoyulacaq. Teatrdan Trend-ə verilən məlumata görə, baletsevərlərin çox böyük maraqla qarşıladıqları bu tamaşada əsas rolları ifa etmək üçün belaruslu balet ustaları - Aleksandra Çijik (Kitri) və Konstantin Qeronik (Bazil) dəvət olunublar. Belarus Milli Akademik Opera və Balet Teatrının aparıcı solistləri olan hər iki gənc balet ulduzlarının bir sıra beynəlxalq müsabiqələrinin laureatlarıdır. Xüsusən Aleksandra Çijik bir çox ölkələrdə populyar olub Almaniya, Fransa, İsveçrə, İspaniya, Portuqaliya, İtaliya. Böyük Britaniya, ABŞ, Çin, Yaponiya, Meksika, Qvatemala, Yunanıstan və Kiprdə uğurla çıxış edib. Tamaşada həmçinin balet truppamızın solistlərindən əməkdar artistlər Makar Ferştandt və Samir Səmədov, habelə Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və b. çıxış edəcəklər. Balet tamaşasınının dirijoru əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.