"Miss Top Model Azerbaijan2018"nin ilk kastinqi keçirilib FOTO


Digərləri 14 Noy 2017 19:00:00 362 0

"Miss Top Model Azerbaijan2018"nin ilk kastinqi keçirilib  FOTO

İlk kastinq dənizkənarı parkda yerləşən "Switch Venezia" restoranında keçirilib.

Son.az xəbər verir ki, münsiflər heyətinin üzvləri arasında Azərbaycanın tanınmış simalarını görmək olardı.

"Miss Top Model Azerbaijan-2017" Ceyhunə Əliyeva, aktyor və aparıcı Rüfət Nəzər, jurnalist Seymur Zəkaryayev, model, aktrisa Natavan Əfəndiyeva, "Miss & Mister Azerbijan" müsabiqəsinin icraçı direktoru Amil Abbasov, xoreoqraf Arif İslamov, fotoqraf Ruslan Məmmədov və "Miss Top Model Azerbaijan" müsabiqəsinin təşkilatçısı İnam Quliyev.

Kastiqa qatılan namizədlərdən növbəti mərhələyə yalnız 7 qız keçib:

№ 1. Elnarə İsmayılova № 2. Amaliya Quliyeva № 3. Тürkanə Məmmədli № 5. Yuliya Dmitriyeva № 7. Arzu Bağışova № 9. Lana Salikova № 11. Sevil Həsənli

Növbəti seçim turunun tarixi yaxın günlərdə elan olunacaq.