İtaliyada əməliyyat 70 kiloqram həşiş müsadirə olundu


Dünya 14 Noy 2017 18:42:00 233 0

İtaliyada əməliyyat  70 kiloqram həşiş müsadirə olundu

İtaliyanın Siciliya adasında polisin keçirdiyi əməliyyat nəticəsində 70 kiloqram həşiş narkotik vasitəsi müsadirə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Qeyd olunur ki, narkotik vasitə Palermodan Kataniya şəhərinə gedən avtomobildə aşkar olunub.

Məlumata görə, sübhələnən polis əməkdaşları avtomobili təqib etdikdən sonra avtomobildə yoxlama aparıblar və 70 kiloqram həşiş aşkar edilib.