Sumqayıtda kişidən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL: kirayə tutduğu evə apardı, başqa kişi ilə...


Digərləri 14 Noy 2017 18:33:00 346 0

Sumqayıtda kişidən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL: kirayə tutduğu evə apardı, başqa kişi ilə...

Sumqayıt şəhərində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Xəqani Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Tunar dizayn" şirkətində mebel ustası vəzifəsində işləyən Xəqani Hüseynov 2012-ci ildən Ramilə Əsgərova ilə faktiki ər-arvad münasibətlərində olub, 2014-cü ildə rəsmi nikaha girib. Onlar 24 sentyabr 2015-ci il tarixədək birlikdə yaşayıblar.

Qısqanclıq

Xəqani Hüseynov arvadı Ramilə Əsgərovanın başqa kişilərlə yaxın münasibətinin olmasından şübhələnib və bunun üçün onu qısqanclıq zəminində öldürmək qərarına gəlib.

O, noyabrın 5-də, saat 21 radələrində Ramilə Əsgərova ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən "Ruzi" marketdən görüşüb. Onlar 5-ci mikrorayon, ev 27, mənzil 40-da əvvəllər birlikdə kirayə yaşadıqları evdən sənədləri götürmək üçün gəliblər.

Boşanma davası

Xəqani Hüseynov bir müddət söhbət etdikdən sonra gecə yarısı arvadına başqa kişilərlə mobil telefonla danışması barədə irad bildirib. Ramilə Əsgərova isə ərinə kobud cavab verib, sonra aralarında yaranmış mübahisə zamanı Ramiləni qəsdən öldürmək niyyətini qətiləşdirib.

16 bıçaq zərbəsi

Bu zaman Xəqani Hüseynov təxminən 1 ay əvvəl Sumqayıt şəhərində yerləşən "Şərq bazarı" ticarət mərkəzindən aldığı bıçaqla Ramilə Əsgərovaya çoxsaylı zərbələr vurub. Ramilə Əsgərovaya 16 ədəd bıçaq xəsarəti yetirən Xəqani Hüseynov onun öldüyünü güman edib və evin giriş qapısını bağlayaraq oradan gedib.

Ramilə Əsgərova sürünərək dəhlizə çıxıb və ucadan kömək istəyib. Bu zaman qonşuluqda yaşayan Rasim Həşimov ora gəlib və Ramilə Əsgərovanı qan içində görüb. O, hadisə ilə bağlı qadının atası Əkbər Əsgərova məlumat verib.

Hökm və narazılıq