"İtaliya futbolunda işlər çoxdan qaydasında deyil"


İdman 14 Noy 2017 18:33:00 263 0

"İtaliya futbolunda işlər çoxdan qaydasında deyil"

İtaliyanın İdman naziri Luka Lotti milli komandanın 2018 mundialına vəsiqə qazana bilməməsinə münasibət bildirib. Goal.az xəbər verir ki, 35 yaşlı nazir İtaliya futbolunda ciddi problemlərin olduğunu etiraf edib.

"İdman baxımından kədərlidir. Bizim futbolun yenidən qurulmasına ehtiyac var. Bu vaxta qədər lazım olan qərarları qəbul etmək üçün özümüzdə cəsarət tapmalıyıq. İdman Nazirliyi olaraq kömək əlimizi uzatmağa hazırıq. Canluici Buffonun oyundan sonrakı sözləri tamamilə aydın idi. Belə görünür ki, futbola hərtərəfli dəstək verməliyik. Problemlər dünəndən ortaya çıxmayıb. İşlərin qaydasında olmadığını İsveçlə oyunlardan əvvəl də görmək mümkün idi. Son 2 dünya çempionatına qrupdan çıxa bilməmişdik. A və B Seriyasına prezident seçməkdə çətinlik çəkirdik. Görülməli işlər çoxdur. Yarannmış fürsətdən istifadə edib İtaliya futbolunda islahatlar aparmaq lazımdır".